Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib.
Bizim.Media xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.
Çingiz Əsgərovun sözlərinə görə, sözügedən şikayətlərin ikisi birləşdirilərək bir icraatda baxılır:
“İlk əsas şikayət müharibədən dərhal sonra, 2021-ci ilin yanvar ayında göndərilib. 6 ay sonra isə minalarla bağlı şikayət göndərmişik. Növbəti şikayət isə 2022-ci ilin sonlarında Laçının Zabux və Sus kəndlərində ermənilər tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı göndərilib. Sonuncu şikayətlə bağlı hələ ki, icraat başlamayıb. Lakin birinci şikayətlə bağlı icraat başlanılıb, tərəflərin mövqeləri artıq Avropa Məhkəməsinə bildirilib. Biz gözləyirik ki, Avropa Məhkəməsi bu il ərzində heç olmasa, bu şikayətin mümkünlüyü ilə bağlı qərar qəbul etsin və biz artıq mahiyyət üzrə öz dəlillərimizi təqdim edək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 13.02.2023
Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib – RƏSMİ
Hazırda oxunan: Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib – RƏSMİ
Hazırda oxunan: Azərbaycan Ermənistana qarşı 3 dövlətlərarası şikayət göndərib – RƏSMİ
120161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.