Maşın bazarından reportaj: "Bu boyda bazarda 5 maşın satılmır" - FOTOLAR

Hazırda oxunan: Maşın bazarından reportaj: "Bu boyda bazarda 5 maşın satılmır" - FOTOLAR

120157
Manatın devalvasiyaya uğramasından sonra, bir çox məhsulların qiyməti kəskin şəkildə artsa da, daşınmaz əmlak və avtomobil bazarında hər şey bunun əksinədir.xa0

Bunun isə səbəbi alıcılıq qabiliyyətinin aşağı düşmədir. Avtomobil bazarında satıcı var, alıcı gözə dəymir. İqtisadi böhrana görə, avtomobil almaq istəyənlərin böyük hissəsi bu niyyətlərindən vaz keçiblər. Bunu musavat.com-un reportyoruna avtomobil satışı ilə məşğul olan şəxslər deyib.xa0

Əvvəllər hər həftənin şənbə və bazar günü alıcı və satıcı bolluğu yaşayan avtomobil bazarında artıq vəziyyət dəyişib. Satıcılar deyirlər ki, həftə sonları 4-5 maşın belə satılmır. Bunun da səbəbi insanların maddi durumun qəfil şəkildə pisləşməsidir.xa0

Dörd həftədir şəxsi maşınını satmaq üçün bazara gətirən Azər Səfərov deyir ki, qiyməti manatla qoysa da, alıcı yoxdur: "Banka olan borcum 2 dəfə artıb. Ödəyə bilmirəm. Məcburən maşını satıram ki, borcumu bağlayım, ucuzunu alım. Amma sata bilmirəm. Alan yoxdur. Səbəb isə məlumdur. Hamı mənim kimi pulsuz qalıb. Bir gecənin içində borcum artdı. Belə olmasa, 1 ildir sürdüyüm maşını niyə satım?"xa0

Azı 10 ildir ki, avtomobil satışı ilə məşğul olan Qədir adlı şəxsin sözlərinə görə, sonuncu dəfə 1 ay öncə gətirdiyi maşını hələ də sata bilməyib: "Əvvəllər ayda azı 2 dəfə maşın gətirib, satırdım. Alıcılıq qabiliyyəti yaxşı idi. İndi isə vəziyyət çox pisdir. Bu boyda bazarda həftədə heç 5 maşın belə satılmır. 3 banka borcum var. Hamısından da dollarla kredit götürmüşdüm. Maşın alveri edirəm deyə, daimi pul lazım olur. Amma indi borc içində "boğuluram". Bu maşını da sata bilsəm, daha bu işlə məşğul olmayacağam. Risk etmək olmaz. Maşını alırsan, gömrük rüsumunu ödəyirsən, gətirirsən. Amma sata bilmirsən. Deməli bu işin də sonu çatıb".

Coşqun Xanlarov adlı avtomobil dəllalı bazardakı durğunluğun digər səbəblərini izah edir: "Mən özüm Gürcüstanın Rustavi şəhərindən maşın gətirən biri kimi deyə bilərəm ki, maşın bazarında devalvasiyadan və neftin qiymətinin düşməsindən öncə də bir durğunluq yaranmışdı. Devalvasiyadan öncə də alıcı problemi var idi. Əvvəlcə avtomobillərin kreditlə satışına qarşı Mərkəzi Bank tərəfindən sərt tələblər qoyuldu, şərtlər ağırlaşdı və avtomobil kreditləri dayandı. “Avro-4”x9d standartlarının tətbiqi isə ölkəyə ucuz avtomobillərin gətirilməsinə problem yaratdı. Gürcüstanda isə hökumətin sağsükanlı avtomobillərin qeydiyyatına qoyduğu qadağa qiymətləri bir az da bahalaşdırdı. Çünki gürcülər sükanı sağda olan maşınları gətirib, sükanı sola çəkib, satırdılar. Bu da ucuz başa gəlirdi. Amma artıq o da mümkün deyil".xa0

Reportaj zamanı bir neçə alıcı ilə də rastlaşdıq və onlardan hansı maşınlara üstünlük verdiklərini soruşduq: "Mənim üçün əsas olan ucuz olmasıdır və bankla əlaqəsinin olmamasıdır. Çünki başqa cür sərf etmir. Düşünün ki, maşının dəyəri 15 min manatdır. Maşını bank yolu ilə alan adam, indi onu tam ödəmədən satırsa, o xərc də mənə qalır. Yəni ki, banka 5 min manat ödənişi olan şəxsin, devalvasiyadan sonra borcu təqribən 2 qat artıb. Deməli maşın artıq dəyərindən baha qiymətədir. Buna görə də kreditdə olan maşınlara yaxın durmuram. Ancaq nağd qiymətə... O da ki, ancaq ucuz olanlara... Açığı deyim ki, bəzi maşınlar ucuzlaşıb. Alıcı olmadığı üçün qiymətləri bir az aşağı salıblar. Amma dollarla maşın satanlar da var. Onu indi heç kim almaz. Çünki nə manata, nə də dollara güvən qalıb".xa0

Maşınların üzərində yazılan elanlarda əsasən qiymətlər manat göstərilirdi. Bunun səbəbini soruşduqda, belə cavab aldıq: "Bunun səbəbi güvənsizlikdir. Məsələn, mən 10 min dollara maşınımı satdım. Sabahısı gün dolların kursu aşağı düşdü və o pulun dəyəri qalmadı. Satdığım qiymətə maşın ala bilmədim. O zaman necə olacaq? Ona görə də, hamı manata keçib. Nə alıcı, nə də satıcı dollara yaxın durur". (musavat.com)


















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin