“Naz -Lifan”x9dın Gəncədə satış salonu açılacaq

Hazırda oxunan: “Naz -Lifan”x9dın Gəncədə satış salonu açılacaq

120153
Bu barədə Naxçıvan Avtomobil Zavodundan məlumat verilib.

NAZ-dan verilən məlumata görə, artan tələbata uyğun olaraq Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Bu isə həmin bölgədə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan”x9d markalı minik avtomobillərinə Bakı şəhərinə getmədən yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.Buna qədər Naxçıvan şəhəri ilə yanaşı ,Bakı və Xaçmaz şəhərlərində “Naz -Lifan”x9d satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb.

Qeyd edək ki, Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda “NAZ-Lifan”x9dlardan xidməti avtomobillər kimi istifadə olunur. Bundan əlavə Böyük Vətən müharibəsi və Çernobıl iştirakçıları, və Azərbaycan Vətən müharibəsi iştirakçılarına dövlət vəsaiti hesabına “NAZ-Lifan-320”x9d markalı minik avtomobilləri verilib.

Naxçıvan Avtomobil Zavodundan bildirilib ki, avtomobilin kefiyyətli olması onun taksi kimi istifadəsinə də şərait yaradıb. Hazırda taksi fəaliyyəti göstərənlər muxtar respublika ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan”x9d avtomobillərini alırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin