Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən 8524 hektar sahədə və ya əvvəlki illə müqayisədə 8,6 faiz az meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən xəbərə görə, görülmüş tədbirlər çərçivəsində 797 hektar sahədə meşə əkinləri, 565 hektar sahədə meşə səpinləri işləri aparılmış, 5 hektar sahədə meşə-bağlar, 7 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 7150 hektar sahədə təbii bərpaya kömək göstərilib.
Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 14830,3 hektar təşkil edib.
Bundan başqa, toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 15,1 hektar sahəyə toxumlar səpilib, çilik kökləndirməsi məqsədilə 1,9 hektar sahəyə 112 min ədəd çilik basdırılıb.
2022-ci ildə meşə fondu sahələrindən 87,5 ton və ya əvvəlki illə müqayisədə 1,9 dəfə çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 2,0 tonu qoz, 0,6 tonu digər meyvə ağaclarının, 73,8 tonu palıd, 11,1 tonu isə digər meşə ağacları və kol cinsləri toxumlarının payına düşüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 13.02.2023
Azərbaycanda bərpa olunan meşələrin STATİSTİKASI
Hazırda oxunan: Azərbaycanda bərpa olunan meşələrin STATİSTİKASI
Hazırda oxunan: Azərbaycanda bərpa olunan meşələrin STATİSTİKASI
120149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.