TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov 12.02.2023-cü il axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən xəbər verilib.
Qeyd edək ki, Məmmədov Azər Nadir oğlu 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1979-1985-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə indiki Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər üzrə internatura təhsili alıb.
1987-1988-ci illərdə Bakı şəhərindəki Tibbi-Bədən Tərbiyəsi Dispanserində, 1988-1990-cı illərdə Sumqayıt şəhərindəki Dəri-Zöhrəvi Dispanserində həkim, 1990-1991-ci illərdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tibbi ekspert kimi fəaliyyət göstərib.
1991-2007-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-rentgenoloq kimi işləyib.
2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 13.02.2023
Suraxanı Tibb Mərkəzinin direktoru vəfat ETDİ - FOTO
Hazırda oxunan: Suraxanı Tibb Mərkəzinin direktoru vəfat ETDİ - FOTO
Hazırda oxunan: Suraxanı Tibb Mərkəzinin direktoru vəfat ETDİ - FOTO
120115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.