AFAD nümayəndələri Azərbaycana gəldi

Hazırda oxunan: AFAD nümayəndələri Azərbaycana gəldi

120102

Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Türkiyənin MDSOFT şirkətinin nümayəndə heyətləri Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, professor Bahadır Aktuğun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı AFAD-ın Zəlzələ Departamenti və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əldə olunmuş Razılaşma Protokolu çərçivəsində Azərbaycanda yeni quraşdırılmış 22 seysmik stansiyalardan olan məlumatlar emal və analiz ediləcək. 

Bu məqsədlə Türkiyədə hazırlanmış proqramların Seysmoloji Mərkəzdə tətbiqi ilə bağlı Zəlzələ ocaqlarının dinamikası və Geodinamika şöbəsinin əməkdaşlarına təlim keçirilib.

Həmçinin, professor Bahadır Aktuğ tərəfindən GPS məlumatlarının analizi üçün tərtib olunan yeni proqramlar Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov ilə müzakirə edilib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin