Ötən həftədən ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində davam edir.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, artıq dördüncü gündür bölgə rayonlarında havanın temperaturu gecə saatlarında mənfi 6-9 dərəcə arasında dəyişir. Dağlarda isə bu rəqəm 10-13 dərəcə arasında müşahidə olunur.
Bu isə dağlıq və dağətəyi yaşayış məntəqələrinə gedən yollarda buz bağlamasına, çayların donmasına səbəb olur.
Havaların belə keçməsi xüsusən kənd təsərrüfatı sahəsində çalışan fərdi təsərrüfat sahibləri və fermerlərin işinə yarayır.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev Bizim.Media-nın yerli bürosuna bildirib ki, dondurucu havaların davam etməsi xüsusən əkin sahələrində zərərvericilərin məhv olmasına, dənli bitkilərin kök hissələrinin qorunmasına səbəb olur.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:26 / 13.02.2023
Şimal-Qərb bölgəsində şaxta mənfi 13 dərəcəyə ÇATDI
Hazırda oxunan: Şimal-Qərb bölgəsində şaxta mənfi 13 dərəcəyə ÇATDI
Hazırda oxunan: Şimal-Qərb bölgəsində şaxta mənfi 13 dərəcəyə ÇATDI
120076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.