Hatayda yaşayan azərbaycanlı ailənin cansız bədənləri dağıntılar altından çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, həlak olan Məleykə Rüstəmli (Kılıç) tanınmış jurnalist İsmayıl Nadirxanlının dayısı qızıdır.
Məleykə ilə birgə onun həyat yoldaşı Münir Kılıç və 5 yaşlı oğlu Batuhan Kılıç da dünyalarını dəyişib.
Qeyd edək ki, Məleykə Rüstəmli Şirvan şəhər sakini olub.
Bizim.Media