Cəlilabadın Göytəpə şəhərində bir qrup iş adamı Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə yardım göndərib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, Göytəpə şəhərində fəaliyyət göstərən Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və Göytəpə şəhər sakinləri Türkiyədə zəlzələdən zərər çəkən insanlara bir TIR dolu müxtəlif çeşidli ərzaq məhsulları göndərib.
Tədbir iştirakçılarının bildirdiyinə görə, sakinlər tezdən könüllü olaraq ərzaq məhsullarını daşıyaraq maşına yüklənməsinə yardım ediblər.
Sonra TIR Türkiyə Respublikasına yola salınıb.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:57 / 12.02.2023
Cəlilabad sakinləri Türkiyəyə yardım göndərdi - FOTO
Hazırda oxunan: Cəlilabad sakinləri Türkiyəyə yardım göndərdi - FOTO
Hazırda oxunan: Cəlilabad sakinləri Türkiyəyə yardım göndərdi - FOTO
119992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.