Zəlzələdə ölən azərbaycanlı iş adamı Salyanda dəfn olundu - YENİLƏNİB

Hazırda oxunan: Zəlzələdə ölən azərbaycanlı iş adamı Salyanda dəfn olundu - YENİLƏNİB

119960

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı iş adamı, 1965-ci ildə Salyanda anadan olmuş Əliyev Eldəniz Həbib oğlu doğulduğu Arbatan kənd qəbristanlığında torpağa tapşırılıb.

Bizim.Media xəbər verir ki, mərhum bu gün Salyana gətirilərək dəfn edilib.

Qeyd edək ki, E.Əliyev 40 ildən çox idi ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən burada baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

09:26

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

Bizim.Media xəbər verir ki, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin