Siyəzən qəzasında ölən 3 yeniyetmə bu il məzun olacaqdılar

Hazırda oxunan: Siyəzən qəzasında ölən 3 yeniyetmə bu il məzun olacaqdılar

119918

Siyəzəndə baş verən qəzada həyatını itirən 3 yeniyetmə Siyəzən şəhərindəki Mikayıl Müşfiq adına 2 saylı orta məktıbin 11-ci sinif şagirdləri olub.  

Bizim.Media xəbər verir ki, onlar dərsdən sonra abituriyent hazırlığına, daha sonra isə "Audi"nin sürücüsü Nicat Məmmədovun işlətdiyi kompüter salonuna baş çəkiblər. 

Onların hansı səbəbdən Nicat Məmmədovun idarə etdiyi nəqliyyat vasitəsinə minmələri isə məlum deyil. 

Bunu Siyəzən rayon polis şöbəsində aparılan istintaq müəyyən edəcək. 

Belə ki, qəzanın sağ qalan iki iştirakçısının - Mursaqulu Qədirovun və Əsgər Əsgərovun ifadələri qaranlıq qalan bütün suallara aydınlıq gətirəcək.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin