Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
Məlumata görə, hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.
Mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.
Mobil səhra hospitalını aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:50 / 11.02.2023
FHN-nin növbəti “QARDAŞ YARDIMI” yola salındı - FOTO
Hazırda oxunan: FHN-nin növbəti “QARDAŞ YARDIMI” yola salındı - FOTO
Hazırda oxunan: FHN-nin növbəti “QARDAŞ YARDIMI” yola salındı - FOTO
119904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.