Ötən ilin son aylarından dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda dolların manata nisbətdə məzənnəsinin yüksəlməsi əksər neft ixrac edən ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən mənfi fəsadlara səbəb oldu. Ölkənin maliyyə bazarında hökm sürən qeyri-müəyyənlik, bunun mal və məhsulların qiymətlərində artıma səbəb olması vətəndaşların sosial rifah halına mənfi təsirsiz ötüşmədi. Hər zaman xalqın yanında olan, sadə bir vətəndaşın problemini öz problemi hesab edən Prezident İlham Əliyev proseslərə dərhal müdaxilə edərək maliyyə bazarında yaranmış vəziyyətdən sui-istifadə edərək mal və məhsulların qiymətlərini süni şəkildə qaldıran işbazlara qarşı hərəkətə keçdi. Dövlət başçısının tapşırığına əsasən bazarda süni qiymət artımının aradan qaldırılması istiqamətində müvafiq qurumlar təxirəsalınmaz tədbirlər həyata keçirdi. Eyni zamanda əsas ərzaq məhsulu hesab edilən un məhsulları və çörək ƏDV-dən azad edildi. Beləliklə nəticə qısa zamanda bazarlarda özünü ğöstərdi. Bu həm də prezidentin hər zaman xalqın yanında olduğunun, onun problemləri ilə ciddi maraqlandığının göstəricisi idi.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü, ictimai fəal gənc Gülnar Əmiraslanova da deyir ki, bu günlərdə Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin bir sıra məsələlərlə bağlı ciddi tapşırıqlar verməsi bir daha onu deməyə əsas verdi ki, dövlət başçısı hər zaman xalqın yanındadır: “Cənab prezident hər zaman xalqın yanındadır. Bütün sahədə hər bir Azərbaycan vətəndaşı bunu hiss edir. Bura həm iqtisadi sahələr, həm də humanitar sahələr daxildir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Məhz bütün bunlara görə ölkə başçısı hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”x9d. Onun sözlərinə görə, ölkədə un və çörək istehsalı ilə məşğul olanların ƏDV-dən azad edilməsi ilə bağlı atılan addımı da məhz bunun bariz nümunəsi kimi göstərmək olar: “Ölkədə un və çörək məhsullarına ƏDV-lərin ləğv edilməsi həm sahibkarlığa dəstək, həm də ölkədə çörəyin qiymətini stabil saxlanılmasına yönələn addımdır. Bu hər bir Azərbaycan vətəndaşını sevindirən amil oldu. Bəli buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması Azərbaycanda yerli istehsalı artımağa imkan verəcəkdir. Hesab edirəm ki, sahibkarlar və əhali bu qərardan razıdırlar. Un sosial əhəmiyyətli məhsuldur və onun ƏDV-dən azad edilməsi dövlətin vətəndaşa qayğısının bariz nümunəsidir”x9d. Son aylar ölkədə yaranmış müvəqqəti sıxıntılı vəziyyətdən sui-istifadə edərək Azərbaycanda gərginliyin yaradılmasına edilən cəhdləri qətiyyətlə pisləyən YAP Gənclər Birliyinin üzvü həmin şəxsləri dövlətçiliyimizə xidmət etməyə səsləyib: “Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısı dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, ucuzlaşmanın davam etməsi və yaranmış qlobal maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanda da milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha fəal iş aparılması barədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Lakin bu istiqamətlərdə intensiv işlərin həyata keçirildiyi vaxtda obyektiv səbəblərdən yaranmış mövcud mürəkkəb vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi destruktiv qüvvələr ölkədə ictimai-siyasi sabitliyi gərginləşdirməyə cəhdlər göstərmişlər. Yaranmış vəziyyətdən sui istifadə edən bəzi işbazların fəaliyyəti özlərinin və üçüncü şəxslərin qanunsuz varlanmasına yönələn addımlardır. Heç şübhəsiz ki, buraya digər natəmiz insanlar da daxildir. Amma bu və ya buna bənzər halların qarşısı qətiyyətlə alınacaqdır. Dünyada baş vermiş iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin neytrallaşdırılması istiqamətində dövlətimizin başçısının birbaşa nəzarəti altında hökumət tərəfindən həyata keçirilən davamlı tədbirlərə ziyan gətirən və respublikada ictimai asayişin, sabitliyin pozulmasına, vətəndaşların təhlükəsizliyinə yönəlmiş bütün hüquqa zidd hərəkətlərin qarşısı qanunla müəyyən edilmiş qaydada bundan sonra da qətiyyətlə alınacaqdır”x9d.




































































































