Cəlilabadda evində ''qızıl toy'' edənlər cərimələndi

Hazırda oxunan: Cəlilabadda evində ''qızıl toy'' edənlər cərimələndi

11988

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı şəhər sakini C.Quliyevin karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə özünə toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.

12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin