Nazirlik müəllimi şillələyən direktoru cəzlandıracaq - Video

Hazırda oxunan: Nazirlik müəllimi şillələyən direktoru cəzlandıracaq - Video

119860
Təhsil Nazirliyi Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllim və direktoru arasında baş vermiş insidentlə bağlı açıqlama verib.

Nazirlik bildirib ki, Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbində qanunsuzluqlara yol verilməsi barədə həmin məktəbin bir qrup müəllimi adından Nazirliyə daxil olmuş elektron müraciətlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Müəyyən edilib ki, həqiqətən də, məktəbə rəhbərlik və nəzarətin təşkilində ciddi qanunsuzluqlara yol verilib.xa0

Belə ki, siniflərin komplektləşdirilməsində, buraxılan və əvəz olunan dərslərin uçotunun aparılmasında, təlim-tərbiyə prosesinin təşkilində, icbari təhsilin yerinə yetirilməsində qanunsuzluqlara yol verilib.

Araşdırmanın nəticəsi olaraq, məktəbin direktoru və onun müavinləri barəsində ciddi intizam tənbehinin görülməsi ilə əlaqədar müvafiq sənədlər hazırlanır.

Qeyd edək ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin direktoru müəllimi sillələyib. Müəllimin sözlərinə görə, məktəbin direktoru Mənsurə Şahverənova onu təhqir edərək, müəllim kollektivi və şagird kontigentinin içərisində hücum edib, sillə vurub. (Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin