Gəncədə "Gəncliyin səsi" adlı festival keçirilib

Hazırda oxunan: Gəncədə "Gəncliyin səsi" adlı festival keçirilib

119814
Azərbaycan Respublikası Prezidentinin “2 fevral ”“ Gənclər günü kimi qeyd olunması haqqında”x9d Sərəncamına əsasən Mədəniyyət və Turizim Nazirliyi tərəfindən ənənəvi olaraq “Gəncliyin səsi”x9d adlı festival keçirilir. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Azərbaycan Respublikası xa0Mədəniyyət və Turizim Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2016-cı ilin 1-5 fevral tarixində Bakı və Gəncə şəhərlərində keçirilən “Gəncliyin səsi”x9d adlı fəstival çərçivəsində Gəncə ASAN-nın Könüllüləri Xəzəngül Hüseynovanın “Məhəbbətin qənimi”x9d əsərini səhnələşdirib.

Gəncə Dövlət Dram Teatrında nümaiş olunan tamaşada Gəncə "ASAN xidmət" mərkəzinin cari və məzun könüllüləri rol alıblar. Gənclərin aktyorluq bacarığı, səhnə mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Gəncə şəhər İcra hakimiyyətinin KİV-lərlə iş üzrə İctimai-siyasi şöbənin baş məsləhətçisi Kənan Məmmədov, AYB-nin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova çıxış edərək ölkədə gəncələ göstərilən diqqət və qayğıdan danışıblar.

Daha sonra Xəzəngül Hüseynovanın "Məhəbbətin qənimi" əsəri ASAN könüllüləri tərəfində böyük ustalıqla səhnələşdirilib.

Qeyd edək ki, ASAN könüllüləri fəaliyyətə başladığı gündən etibarən Azərbaycanın dahi şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsi və gənclərə aşılanması üçün müxtəlif təqdimatlar hazırlayır. Bu təqdimatlar sonda geniş auditoriyaya təqdim olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin