Süni zəlzələ sistemləri varmı? – Saatlıdakı ZƏLZƏLƏ QUYUSU haqda ŞOK FAKTLAR

Hazırda oxunan: Süni zəlzələ sistemləri varmı? – Saatlıdakı ZƏLZƏLƏ QUYUSU haqda ŞOK FAKTLAR

119808

Türkiyədə baş verən zəlzələ sırf təbiət hadisəsidir. Bunu artıq bütün elm adamları israrla sübut ediblər. Buna əsaslı sübutlar da gətiriblər.

Sübutlardan biri kimi textonik silahlar vasitəsi ilə yaradılan zəlzələlərin arealıdır. Çünki belə silahlarla bu miqyasda zəlzələ törətmək mümkün deyil. İkincisi isə zəlzələ dalğasının müddəti və dəfələrlə təkrarlanmasıdır ki, bu da süni şəkildə alınmır.
Amma heç kim süni zəlzələ yaradan texnoloji sistemləri inkar etmir. Belə bir silahın mövcudluğu haqqında zaman-zaman mətbuata da informasiya sızdırlır. Hətta bu silahı icad və idarə edən tək-tük adamların varlığı haqqında danışılır.

Bəs süni zəlzələlər necə törədilir?

Ekspertlər iddia edir ki, tektonik zəlzələlər əsasən quyular hesabına həyata keçirilir. Nəzərə alaq ki. planetimizdə insan əli ilə qazılmış ən dərin quyunun qazıntısına 1970-ci ildə Murmansk vilayətində başlanılıb.

Qazıntı işləri 20 il çəkib. Kyolsk adlı quyunun dərinliyi 12 min 262 metrdir. Bu dərinlikdə temperatur +170°C bərabərdir. Buradan yerin enerjisini həm müsbət, həm də mənfi istiqamətdə idarə etmək mümkündür.

Maraqlı bir faktı da deyək ki, 1980-ci illərdə Saatlı şəhərində 11 kilometr dərinliyində quyunun qazıntısına başlanıldı. Lakin, SSRİ dağılması səbəbilə də bu quyunun qazıntısı yarımçıq qaldı. Əsaslandırılırdı ki, bu quyu vasitəsi ilə Yerin enerjisini idarə edəcəklər və torpaq altında yığılan zəlzələ enerjini tədricən buraxmağa müvəffəq olacaqlar.

Bu quyu ətrafında bir xeyli söhbət yaranmışdı. Konspiroloji olaraq sübut etməyə çalışırdılar ki, bu quyu vasitəsi ilə SSRİ hökuməti İran, Türkiyə, İraq və Suriya ərazilərində zəlzələlər həyata keçirməyi düşünür.
Kola yarımadasında qazılmış quyu isə dünyada ən dərin qazma quyusu olsa da bu uzunluğuna görə deyil, dərinliyinə görədir. Bu vaxtadək insan övladı 15 kilometrdən artıq yer qabığını dələ bilməyib. Çünki o məsafədən sonra hər şey yanıb kül olur. Türkiyədə baş verən zəlzələnin episentri isə 700 kilometr dərinlikdədir.

Süni zəlzələ yaratmaq üçün çox böyük həcmdə enerjini idarəetmək tələb olunur

Bundan əlavə suni zəlzələ yaratmaq üçün böyük miqdarda enerjini idarə olunan şəkildə yönəldə bilməlisən. Bu da praktikada mümkün deyil. Üstəlik fərz edək ki, belə bir silah var. Ancaq gizli şəkildə bunu etmək mümkün deyil.
Hazırda müxtəlif tezlikli dalğaları, siqnalları izləyə bilən avadanlıqlar var. Kənar dövlətlərin müdaxiləsi olarsa bu “radar” da mütləq bilinərdi. Yəni 7-8 bal gücündə süni zəlzələ yaratmaq, praktiki olaraq mümkün deyil. Çünki, hazırda yer qabığının dərinliyinə enmək, Günəşə yaxınlaşmaq qədər mümkünsüzdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin