Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib. 
Bu barədə Bizim.Media-ya Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. 
Xidmət rəsmisi bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Tülər kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov olduğu müəyyən edilib: 
"Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv edilib”. 
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							19:48 / 10.02.2023
							
						Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
						
							
								Hazırda oxunan: Qubada qanunsuz kömür quyuları AŞKARLANDI 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Qubada qanunsuz kömür quyuları AŞKARLANDI 							
						119744
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































