Azərbaycan silsilə oğurluqlar törətmiş qadını Qazaxıstana ekstradisiya edib

Hazırda oxunan: Azərbaycan silsilə oğurluqlar törətmiş qadını Qazaxıstana ekstradisiya edib

119733
Bu gün Qazaxıstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdiyi silsilə oğurluq əməllərinə görə Azərbaycanda cəza çəkdikdən sonra 22 yaşlı qazax Nurgül Baysanova Aktobedə analoji cinayətləri törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaq üçün ölkəsinə ekstradisiya olunub.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Baysanovanın təhvil verilməsi barədə qərar cari ilin yanvar ayının 13-də Qazaxıstan Baş Prokurorluğunun sorğusu əsasında Azərbaycan Baş Prokurorluğu tərəfindən qəbul olunub.
Məlumata görə, Nurgül Baysanova Astana şəhərinin təcridxanasına yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin