Hərbi həkimlərimiz Kahramanmaraşda 17 nəfəri əməliyyat edib – FOTO 

Hazırda oxunan: Hərbi həkimlərimiz Kahramanmaraşda 17 nəfəri əməliyyat edib – FOTO 

119696

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Azərbycan Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti 7 cərrahi əməliyyatı uğurla icra edib. 

Zərərçəkmiş 41 nəfərə ambulator yardım göstəriblər.

Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib. 

Baş vermiş zəlzələdən zərərçəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin