Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 8 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatda bildirilir ki, 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:56 / 10.02.2023
Azərbaycanın növbəti humanitar yardım karvanı Türkiyəyə ÇATDI - VİDEO
Hazırda oxunan: Azərbaycanın növbəti humanitar yardım karvanı Türkiyəyə ÇATDI - VİDEO
Hazırda oxunan: Azərbaycanın növbəti humanitar yardım karvanı Türkiyəyə ÇATDI - VİDEO
119688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.