Azad Rəhimov prorektoru işdən çıxartdı...

Hazırda oxunan: Azad Rəhimov prorektoru işdən çıxartdı...

119671
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib.

Gənclər və idman naziri Azad Rəhimov bununla bağlı əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumatı təsdiqləyib. 

Bildirib ki, Y.Babanlı akademiyada aparılan struktur dəyişikliyi ilə əlaqədar vəzifədən kənarlaşdırılıb:

"Ölkədə hazırda optimallaşma siyasəti aparılır. Bunu nəzərə alaraq təhsil ocaqlarında da dəyişikliklər aparılır. Dəyişikliklər nəticəsində akademiyada prorektorların sayının azaldılmasına başlanılıb. Y.Babanlı da buna görə prorektorluqdan uzaqlaşdırılıb".

S.Məmmədov onu da bildirib ki, Y.Babanlı nazirin əmri ilə digər vəzifəyə təyinat alıb:

"Keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə o, rektorun müşaviri vəzifəsinə təyinat alıb. Lakin səlahiyyətləri eyni qalıb, heç bir dəyişiklik yoxdur".( aznews.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin