İqbal Ağazadə 3 gənci özünə müavin təyin etdi

Hazırda oxunan: İqbal Ağazadə 3 gənci özünə müavin təyin etdi

119645
Ümid Partiyasının sədri İqbal Ağazadə fevralın 4-də bir neçə sərəncam imzalayıb. Partiya sədrinin imzaladığı sərəncamlara əsasən Xanlar Nüsrət oğlu Abbasov Gənclərlə iş üzrə sədr müavini, Qədir Xıdır oğlu Aslanov İnsan hüquqları və əsas azadlıqların qorunması üzrə sədr müavini, İsmayıl Mirzakir oğlu Mirzəcanov İnzibati ərazi və Bələdiyyə məsələləri üzrə sədr müavini təyin ediliblər.

Xanlar Nüsrət oğlu Abbasov 26 may 1983-cü ildə Füzuli rayonunun Merdinli kəndində doğulub. Orta məktəbi Füzuli rayonu Merdinli Kənd Orta Məktəbində başlamış, Bakı şəhəri Binəqədi rayonu 283 saylı və Nərimanov rayonu Alı Mustafayev adına 202 saylı Orta Məktəbdə davam etdirib. 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti "Biznesin təşkili və idarəedilməsi" fakültəsini bitirib. 2002-ci ildən Ümid Partiyasının üzvü olaraq siyasi fəaliyyətlə məşğuldur. Ümid Partiyası 2009--2011-ci illərdə Gənclər Təşkilatının sədri olub. ATƏT-in, NDI-ın, IRI-ın, "Liderlik", "Təşkilat quruculuğu", "Gənc siyasi liderlər" mövzusunda dəfələrlə təlimlərdə iştirak edib. 2011-ci ildə təsis edilmiş "Gənclərin Hüquqlarının müdafiəsi Komitəsi"nin həmtəsisçilərindəndir. 9 Saylı Binəqədi İkinci Seçki Dairəsinin üzvü olub.

İsmayıl Mirzakir oğlu Mirzəcanov 1987-ci il 20 sentyabr tarixində Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran Şəhər Xarici Dillər təmayüllü Gimnaziyada alıb, 7-8-ci sinifdən Lənkəran Özəl Türk Liseyində davam edib, 9-10-11-ci sinifləri C.Naxçıvanski adına hərbi liseydə başa vurub. 2005-ci ildə Xəzər Universitetinin “Sosial və humanitar elmlər”x9d fakültəsində “Tərcüməçilik”x9d ixtisası üzrə təhsil alıb. Təhsilini Amerika Birləşmiş Ştatları Pensilvaniya Ştatı Filadelfiya şəhərində Dreksel Universitetində davam etdirib. Hal-hazırda Ukraynanın Kiyev şəhərində Regionlararası Personalın İdarəedilməsi Akademiyası “Beynəlxalq əlaqələr”x9d ixtisası üzrə təhsil alır.

Qədir Xıdır oğlu Aslanov 8 noyabr 1987-ci ildə Cəbrayıl rayonu, Nüzgar kəndində doğulub. Orta təhsilini 1994-cü ildə 78 nömrəli orta məktəbdə başlayıb, 2005-ci ildə Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin 11-ci sinfini bitirib. Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya”x9d fakultəsinin “Politologiya”x9d ixtisasını bitirib. 2008-2009-cu illərdə ABŞ-ın Los Anceles şəhərində Los Anceles Valley Kollecində “Beynəlxalq Biznes”x9d ixtisası üzrə kurs keçib. 2005-ci ildən bir sıra ictimai təşkilatların işində təsisçi və üzv olaraq iştirak edib. Beynəlxalq tədbirlərdə Azərbaycanın milli maraqları məsələsi ilə əlaqədar çıxışlar edib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin