"Azərbaycanda dağıdıcı, böyük fəlakətlər olmayacaq. Narahat olmağa dəyməz. Bildiyiniz kimi, Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan qonşu dövlətlərdir. Bu dövlətlərdə müəyyən qədər təsirlər ola bilər".
Bizim.Media xəbər verir ki, bu sözləri BAKU.TV-yə açıqlamasında ekstrasens Zirəddin Rzayev deyib.
O, Bakıda dağıdıcı zələzələnin olması ilə bağlı açıqlamaya da aydınlıq gətirib.
Ekstrasens bildirib ki, Azərbaycanda zəlzələ təhlükəsi gözlənilmir:
"Hazırda qardaş Türkiyədə gördüyümüz ağır fəlakət Azərbaycanda təkrarlanmamalıdır. Mən deməmişdim ki, bu, Bakıda ola bilər. Əksinə, rəsmi informasiya portallarında demişdim ki, İraq, İsrail, İran, Türkiyədə son iki ildə böyük zəlzələlər baş verəcək. Allah türk millətini qorusun!"
Daha ətraflı videosüjetdə:
Bizim.Media