2022-ci il ərzində 5-i planlı, 2-si plandankənar olmaqla, 7 un və 13-ü planlı, 15-i plandankənar olmaqla, 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Bizim.Media xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşdə agentliyin aparat rəhbəri Elxan Mikayılov deyib.
O bildirib ki, aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar 2 çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
"Həmçinin 6 un və 15 çörək istehsalı müəssisənin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 2023-cü il ərzində isə 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda cari dövr ərzində 102-si yerli və 5-i idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 74 nümunənin müayinələri isə davam etdirilir" - deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:02 / 10.02.2023
154 çörək istehsalı müəssisəsində yoxlama KEÇİRİLƏCƏK
Hazırda oxunan: 154 çörək istehsalı müəssisəsində yoxlama KEÇİRİLƏCƏK
Hazırda oxunan: 154 çörək istehsalı müəssisəsində yoxlama KEÇİRİLƏCƏK
119608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.