Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya faktı təsdiq ediblər.
Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib.
S.Hüseynov bu gün dəfn ediləcək. Onun 3 azyaşlı övladı qalıb.
Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib:
“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.
Bizim.Media