Tələbələrimizin bir qismi Türkiyədən Bakıya GƏTİRİLDİ

Hazırda oxunan: Tələbələrimizin bir qismi Türkiyədən Bakıya GƏTİRİLDİ

119585

Türkiyədən Azərbaycan vətəndaşlarını təxliyə edən avtobus səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına çatıb.

Bizim.Media xəbər verir ki, 10-TB-307 dövlət nömrə nişanlı avtobusunda 40 nəfər Vətənə qayıdıb.

Onların əksəriyyəti tələbədir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 17 674 nəfərə çatıb. Yaralıların son açıqlanan sayı isə 72 879 nəfərdir.
Ərazilərdə axtarış-xilasetmə əməliyyatları və insanların təxliyəsi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin