Elman Rüstəmov: "Mərkəzi Bankın funksiyası ləğv edilməyib"

Hazırda oxunan: Elman Rüstəmov: "Mərkəzi Bankın funksiyası ləğv edilməyib"

119583
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır.

Moderator.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildiririb.

O qeyd edib ki, indiyədək Azərbaycanda maliyyə bazarlarına nəzarət edən bir neçə qurum fəaliyyət göstərirdi:xa0

“Bu funksiyanı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti həyata keçirirdi.xa0

Beynəlxalq təcrübəyə əsaslanaraq bu konsiladasiyaya gedildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması malyyə bazarlarında vahid siyasət və vahid tənzimləmə standartları rejimini həyata keçirməyə imkan yaradacaq, bunu reallaşdırmaq mümkün olacaq”x9d.

E.Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq:xa0

“Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin