Biləsuvarda QƏZA: İran vətəndaşı həlak oldu

Hazırda oxunan: Biləsuvarda QƏZA: İran vətəndaşı həlak oldu

119524

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Səmədabad kəndində qeydə alınıb. 

Belə ki, avtoqəza zamanı “Renault” markalı yük avtomobili yol kənarında su arxına aşıb. Hadisə nəticəsində, İran vətəndaşı 1975-ci il təvəllüdlü Behruz Qolami ölüb. 

Onun meyiti FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən avtomobildən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin