Ensiklopediya lüğətlərində, sorğu kitabçalarında emiqrant-yəni mühacir deyilən bir istilah var. Müəyyən səbəblər üzündən doğulduğu vətəni, yurdu, ölkəni tərk edərək xarici ölkələrə yaşamağa gedənlərin hamısını belə adlandırırlar. El arasında qərib adlandırılan bu insanlara qardaş Türkiyədə qürbətçi də deyirlər. QÜRBƏTÇI olmağın nə demək olduğunu isə elə qürbətçinin özündən başqa kimsə dərk edə bilməz. Amma ana dilimizdə bununla bağlı əsrləri, qərinələri adlayıb gəlmiş digər bir deyim də var: - CƏLAYI -VƏTƏN. Kimlər cəlayi-vətən olmadı bu məmləkətdə?! Tarixin lənət çəlləyindən su içib, şeytan çörəyi yeyən haramzadə hakimi - mütləqlərin, yüz üzlü siyasətbazların, qaniçənlərin məkrindən, hiyləsindən, zülmündən, qurtulmaq istəyən Xaqanilərimizin, Nəsimilərimizin, Nəımiləimizin, lap elə burnumuzun ucu qədər yaxın olan tariximizdəki Məhəmməd Əmin Rəsulzadələrimizin,Fətəli xan Xoyskilərimizin,daha kimlərimizin, kimlərimizin taleyi bəlli bir gerçəklik... Nə yazıqlar ki, dünyanın indiki çağında da bir parça çörəyin ucbatından cəlayi -vətən olub qərib ölkələrdə yaşamağa məhkum olmuş qürbətçilərimizin nələr çəkdiyini öz gözlərinlə görüb şahidi olanda, illərdən bəri çeynəyə-çeynəyə çürütdüyümüz yalançı “müstəqillik”x9dvə saxta “azadlığın”x9d da hərçi -bətərini dilinə gətirməyə bilmirsən. Bir cənubli qardaşımızın yana-yana dediyi sözləri xatırlayıram: - “İki vətənin ola, amma heç birində xoşbəxliyin nə olduğunu bilməyəsən”x9d...
Azərbaycanın müstəqillik aktını imzaladığı dövrdən keçən zaman kəsiyində doğma vətənini, torpağını, ev-eşiyini məcburən, bir tikə çörək ucbatından tərk edərək əcnəbi ölkələrə üz tutanlarımızın sayını milli statistikamız bu günədək doğru dürüst açıqlamayıb. Ya da ki açıqlamaq istəmir. Bu gün işsizliyin, pulsuzluğun, inhisarçılığın, bazarlardakı açıq-aşkar soyğunçuluğun, məmur qudurğanlığının, rüşvətxorluğun, korrupsiyanın və bütün bunlara dövlət səviyyəsində biganəliyin nəticəsidir ki, taleyi kəm soydaşlarımız nəinki pəncəsindən qurtulduğumuz “şimal ayısının kahasına”x9d, hətta dünyanın ən ucqar guşələrinə belə üz tutmaqdan çəkinmirlər. Güzəranını, ailəsinin dolanışığını, övladlarının gələciyini qərib ellərdə arayıb-axtaranlarımızın sayı ilbəil artıb çoxalır.Acınacaqlı haldır ki, xarici ölkələrdəki səfirliklərimiz, konsulluqlarımız, diplomatik nümayəndəliklərimiz də öz ölkəsinin vətəndaşlarının taleyinə biganə münasibət sərgiləyir, yad ellərdə onlara sahib çıxmırlar. İndiyədək ölkədə diasporla bağlı müəyyən qanun və qərarlar qəbul edilsə də kağız üzərində qalmaqdadır.Məsələn, Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.Elə həmin il dekabrın 27-də isə “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”x9d Azərbaycan Respublikası qanunu qəbul edilib.Əslində bütün bunlar çox möhtəşəm və cazibədar görünsə də elə görüntü olaraq da qalmaqdadır. İş o yerə çatıb ki, bir sıra xarici ölkələrdəki diplomatik korpusumuzun nümayəndələri, səlahiyyətli səfirlərimiz belə öz doğma vətəninə qayıtmaqdan imtina edir, yad gövlətlədən sığınacaq istəyirlər. Vətəndən, vətənpərvərlikdən ağız dolusu danışan “vətənşivənlərimiz”x9d görəsən bütün bunların fərqində deyillərmi? Təsadüfi deyil ki, yad ellərə üz tutanlarımız üçün bu vətən, bu torpaq, bu ölkə çoxdan öz müqəddəsliyini, cazibədarlığını itirib. Bu gün qürbətdə yaşayıb-işləyən hansı qürbətçimizdən ,- vətənini sevirsənmi?-deyə soruşsanız onların gözlərində bir laqeydlik, biganəlik, kədər və təəsüf görərsiniz. Görən nədən belə olduq bizlər? Kimlər bu hala saldı bu vətən övladlarını? Vətən deyəndə damarda qanı qaynayan ərlərin vücuduna bu süslük, bu soyuqluq hardan süzüldü? Ölməz şairimiz Məmməd Arazın dillər əzbəri olan məşhur misraları yada düşür - “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim”x9d.
P.S. Nə yazıqlar ki, doğulduğu, boya-başa yetdiyi ana vətənində “mamır ”x9d gədər dəyərsiz və gərəksiz olan qeyrətli vətən övladlarının harayı, fəryadı püldan, var-dövlətdən, dəbdəbədən savayı heç nə görməyən, eşitməyən, duymayan boynuyoğunların piy basmış ürəklərinə yol tapa bilmir... Bəs görəsən ürəyi dərdlə dolu nakam şairin felin şərt şəklində dediyi misraları bu torpaqda yaşayan hər bir vətən övladı nə zaman felin əmr formasında, - VƏTƏN MƏNƏ OÄžUL DEYIR !”x9d.-şəklində dilə gətirəcək?!
Cəlal Yaquboğlu






























































































