Bu söz leksikonumuza girəndən həyatımız da bir qədər asanlaşıb. Bəzən uzun-uzadı müzakirələri, lüzumsuz dartışmaları, izahat zərurətlərini onunla həll edə bilirik.xa0
“OK”x9d dedikmi, axar sular dayanır, çox vaxt... Bu, günün gərgin, qaynar tempində yazışmalar zamanı ən çox istifadə etdiyimiz kəlmədir, desək, yanılmarıq. Çünki vaxt itirmək istəmirik.xa0
“Yaxşı, haqlısan. Dediyin kimi edərəm”x9d, “Danışdığımız kimi olsun. Anlaşdıq”x9d və s. bu kimi uzun cümlələr əvəzinə “ok”x9d yazmaq görün, nə qədər rahatdır?xa0
Amma köhnə nəslin nümayəndələri hesab edirlər ki, bu, insanlar arasındakı ünsiyyət soyuqluğunun səbəblərindən biridir. Belə kəlmələr münasibətləri bozlaşdırır, mehribanlığı azaldır və sair. İnsanlar bir-biri ilə robot kimi danışmağa davam etdikcə, bu, söhbətləşmə, dərdləşmə, dostluq kimi anlayışları arxa plana atır. Çox zaman da əks-arqument kimi soruşurlar: “Heç bu sözün mənasını bilirsiz? Nədən yaranıb, mahiyyəti nədir, xəbəriniz varmı?”x9dxa0
Sözün etimologiyasına keçmədən öncə deyək ki, müasir gənc nəsil üçün sözləri qısaldaraq, danışmaq ənənə halına keçib. Onlar artıq “tamam”x9d əvəzinə “tmm”x9d, “görüşərik”x9d əvəzinə “grşrk”x9d yazırlar. Hərdən yeniyetmə yaşındakı uşaqlarınızdan “cnm, necəsən?”x9d deyə mesaj alsanız, bilin ki, sizə “canım”x9d deməyə çalışır, sadəcə, sait səsləri ixtisar etməklə, öz aləmində vaxt qazanır.xa0
Keçək, sözün etimologiyasına... “OK”x9d amerika ifadəsidir, “hər şey yaxşıdır, hər şey qaydasındadır”x9d mənasını bildirir. Bütün dillərdə eyni mənanı verdiyi üçün təbii ki, beynəlmiləl söz kateqroiyasına daxildir. Global Language Monitor xa0(GLM) xa0Assosiyasının müşahidələrinə görə, “OK”x9d planetdə ən çox yayılmış və hamının qəbul etdiyi sözdür.xa0
“Necə və nədən yaranıb”x9d sualının cavabı isə müxtəlifdir. Çünki bununla bağlı bir neçə versiya var.xa0
Birincisi və ən geniş yayılanı təbii ki, Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenlə bağlıdır. Deyilənə görə, “ok”x9d onun ləqəbi olub. Old Kinderhook - prezidentin doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. O, bu bənzəri olmayan adı özünə təxəllüs seçibmiş. Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam şüarı hazırlamışdılar: “Old Kinderhook is O.K”x9d.xa0
Seçkilərdə dəstək məqsədiylə Martin “The OK Club”x9d adlı siyası qrup yaradır. “OK”x9d daim dildə istifadə edilməyə başladı. Bu sözün “anadan olma”x9d tarixi 1839-cu il 22 mart hesab olunur.
Başqa bir versiyada isə bildirilir ki, “ok”x9d sözünün ortaya çıxması 1830-cu illərə qədər gedir. 23 mart 1839-da ABŞ-ın Boston şəhərində çıxan “Boston Morning Post”x9d qəzetində uzun bir paraqrafın altındakı ingiliscə "all correct" yəni "hamısı doğru" sözü səhvən ya da zarafat məqsədiylə “OK”x9d hərfləriylə yazılıb. Bu qəzetdə ədəd halına gələn bu cür qısaltmaların hamısı zamanla unudulub, gedib.xa0
Versiyalardan biri də ABŞ prezidenti Endryü Ceksonun adı ilə bağlıdır. Deyilənlərə görə, o, “all correct”x9d xa0sözünü, yəni, “hər şey qaydasındadır”x9d ifadəsini “oll korrect”x9d xa0kimi işlədirdi.xa0
İnternet gəzişmələri zamanı onu da öyrəndik ki, “OK”x9d sözü alman mənşəlidir. Qəzetlərə göndərilən məqalələrdə düzəliş edilməyəndə, korrektorlar O.K işarəsinin qoyurdular. Almanca bu, “ohne korrektur”x9d, yəni mənası “korrektə olunmayıb”x9d deməkdir.
“Ok”x9dun Fransada yaranması ilə bağlı da məlumatlar var. Fransızlar isə hesab edir ki, bu söz müharibə vaxtı formalaşıb. Belə ki, günlük döyüşlərdə itki olmadıqda, “0 killed “ (0 ölü ) yazıblar, qısaldılmış formada isə “OK”x9d deyiblər.
"Choctaw qırmızıdərililəri"nin dilində "Okeh" sözü "Elə" mənasını verirdi.
Bu sözün bu qədər işlək olmasının daha bir səbəbi isə onun digər sözlərdən fərqli olaraq, bir şeyə tərəfsiz qala bilmək şansı verməsidir. Necə deyərlər, “ok”x9d sayəsində fikir ifadə etmədən uzlaşma təmin edildiyi deyilə bilirdi.
İndi isə müxtəlif dillərdə “ok”x9d sözünün verdiyi mənalara nəzər yetirək.xa0
Obeday Kelly (Obediah Kelly) - ABŞ-ın dəmiryolunun yükdaşıyan agenti vacib sənədləri “OK”x9d yazaraq, Obeday Kelly tərəfindən yoxlanıldığını bildirirmiş.
Okeh ”“ sözü Çokto dilində "bəli" deməkdir.
Oll Korrekt ”“ 19-cu əsrdə ABŞ prezidenti Andrew Jacksonun ən məhşur ifadəsi idi. Hər şey yaxşıdır, düzgündür sözünü bəzən o "OK" deyərək, bildirirmiş.xa0
Old Kinderhook- Prezident Jacksonun köməkçisi Martin vann Buren öz doğma torpağı olan Old Kinderhook barədə danışanda qısaca olaraq, OK deyirmiş.
Ola Kala ”“ Yunan dilində “hər şey qaydasındadır”x9d deməkdir. Qısaca olaraq, "OK".
О Ке ”“ Mandinqo dilində “hər şey yaxşıdır”x9d deməkdir.xa0
Oav Kay ”“ Vol millətinin dili ilə desək, "bəli, həqiqətən" demiş olarıq.xa0
Omnia Correcta ”“ Latın dilində "bəli, düzgündür" deməkdir.
Aux Cayes (Okey kimi oxunur) - Haitidə öz ecazkar “rom”x9d adlı içkisi ilə seçilən kəndin adıdır.
Och Aye ”“ Şotland dilindən "OO bəli" deməkdir.
(musavat.com)






































































































