Xudatlı qardaşlar türkiyəli həmyaşıdlarına yun əlcək GÖNDƏRDİLƏR - VİDEO

Hazırda oxunan: Xudatlı qardaşlar türkiyəli həmyaşıdlarına yun əlcək GÖNDƏRDİLƏR - VİDEO

119490

Xaçmazın Xudat şəhərində yaşayan məktəbli qardaşlar Tükiyədə zərərçəkən insanlara yardım toplanan məntəqəyə gəliblər.

Xudat şəhərindəki İbrahim Məlikov adına 5 saylı məktəbin 4 və 5-ci sinif şagirdləri Ümid və Aqşin Ağaşirinovlar  dərsdən sonra nənələrindən onları yardım yerinə aparmalarını xahiş ediblər.

Məntəqədə yardımları qəbul edən Zaur Məhərrəmovla uşaqlar arasında səmimi dialoq yaşanıb. 

Aqşin yardım qəbul edən şəxsə"atamızın işə gedəndə bizə verdiyi cib xərcliyindən əlcək alıb gətirdik ki, Türkiyədə zəlzələ zamanı evsiz-paltarsız qalan yaşıdlarımıza göndərək", deyib. "Bəs məktəbdə nə xərcləyəcəksiniz?" sualınının cavabında isə 11 yaşlı Aqşin "Onlar bizdən önəmlidir"sözlərini deyib.

Maraqlıdır ki, Aqşin və Ümid Ağaşirinov qardaşları çəkilişə düşməkdə elə də maraqlı olmayıblar. Əlcəkləri təqdim edib tez qayıdıblar.

Zaur Məhərrəmov Xudatda yardım gətirən şəxslərin etdikləri bu yardımların ürəkdən gəldiyini və buna görə reklam olunmalarını, foto-videoya düşmək istəmədiklərini deyib.

Qeyd edib ki, Xudat sakinlərindən biri həyat yoldaşının cehizlik təzə yorğan-döşəyini gətirib verib.

"Ağsaqqal bir sakin pensiyasından iki cüt türk istehsalı olan kişi gödəkcəsi və ayaqqabı alıb gətirib. Bütün bunlar isə xalqımızın humanist və dar günün dostu olmağının gözəl  bir nümunəsidir",- deyə Zaur Məhərrəmov vurğulayıb.

 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin