Rusiyada türklər KAMPANİYAYA başladı - Tatarlar, kumıklar, başqırdlar AYAĞA QALXDI

Hazırda oxunan: Rusiyada türklər KAMPANİYAYA başladı - Tatarlar, kumıklar, başqırdlar AYAĞA QALXDI

119476

Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün sivilizasiyanı sarsıdıb. Bu günlər bütün insanlıq Türkiyənin cənub-şərqində baş vermiş faciəvi zəlzələ ilə nəfəs alır. Hər bir insan imkanı çatan qədər zəlzələ bölgəsinə yardım etməyə çalışır. 

Belə ağır gündə isə ən çox təsirlənən türk dövlətləri və türk xalqlarıdır. Onlar üçüncü gündür ki, hər vasitə ilə Türkiyəyə yardım etməyə can atır.

Məlum olduğu kimi Rusiyada kifayət qədər türk xalqları yaşayır. 

Bəs, onlar bu günlərdə nə edir?

Hazırda Türkiyənin Rusiyadakı səfirlik və baş konsulluqları güclənmiş iş rejimində çalışır. Bu da onunla bağlıdır ki, Rusiyada yaşayan bütün xalqlar, o cümlədən türklər ayağa qalxıb.

Azərbaycanlılar, tatarlar, kumıklar, saxalar, başqırdlar, nanaylar, tuvalılar, altaylar və minlərcə başqa insanlar yardım üçün davamlı məsləhət və dəstək istəyirlər. Səfirlik və konsulluqlar da yardımsevər insanları düzgün və operativ məlumatlandırmaq üçün gecə-gündüz işləyir.
Rusiya KİV-lərinin məlumatına görə Türkiyəyə yardım etmək istəyən insanlar Moskva, Sankt-Peterburq, Kazan və Novorossiyskdəki səfirlik və baş konsulluqlara axın edirlər. Başqırdıstan, Tatarıstan, Krım və digər bölgələrdə yaşayan türklər verilən tövsiyyələrə əsasən çadırlar, qızdırıcılar, yorğanlar, qış paltarları, yataq dəstləri, termoslar və enerji bateriyaları toplayırlar.

Moskva qeyri-kommersiya təşkilatı olan Həmrəylik Fondu zəlzələdən zərər çəkənlər üçün xeyli vəsait toplayıb. Toplanan vəsaitə ərzaq bağlaması, isti üst paltar və çadır alacaqlarına söz verirlər. Pul fondun saytında, həmçinin Sberbank.Online tətbiqi vasitəsilə köçürülə bilir. 

"Zəkat" Xeyriyyə Fondu

Bu Rusiya Fondu faciə ilə üzləşən insanlara kömək edir: müalicə üçün pul ödəyir, vətəninə bilet alır, yemək alır. Təşkilat həmçinin Tooba proqramı vasitəsilə pul toplayır. Onlar Türkiyədəki zəlzələ qurbanları üçün ərzaq dəstləri, dərmanlar və isti paltar alacaqlar.

Ark Təşkilatı

Müharibə səbəbindən Rusiyanı tərk etmək məcburiyyətində qalan ruslara kömək edən təşkilat, indi təbii fəlakət bölgəsində yaşayanlara İstanbulda sığınacaq verir. Veb saytında dollar və ya kriptovalyuta ilə ianə ilə təşkilata dəstək ola bilərsiniz.

Bundan əlavə Rusiyada yaşayanlar Türkiyə Fövqəladə Hallar İdarəsinə (AFAD), Türkiyə Axtarış Qurtarma Dərnəyi AKUT və ANBAR Xeyriyyə Türk Hərəkatının hesabına da vəsit köçürür.

Surxay Atakişiyev. Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin