Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

Hazırda oxunan: Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

119460

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Tədbirlər Planına əsasən, il ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materialların hazırlanması, eləcə də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması, “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması da nəzərdə tutulur.

Adı çəkilən tətbiqlərin yaradılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin