“Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanovun vəziyyəti yaxşıdır”.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir.
Terror hücumu ilə bağlı istintaqın gedişinə gəlincə, nazirlik sözçüsü bildirib ki, rəsmi Tehran bununla bağlı Azərbaycan tərəfinə heç bir məlumat vermir.
“İstintaqın gedişi ilə bağlı bizdə hansısa informasiya yoxdur”, - XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda, diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 09.02.2023
“Səfirliymizə hücumun istintaqı ilə bağlı informasiyamız yoxdur” – Azərbaycan XİN
Hazırda oxunan: “Səfirliymizə hücumun istintaqı ilə bağlı informasiyamız yoxdur” – Azərbaycan XİN
Hazırda oxunan: “Səfirliymizə hücumun istintaqı ilə bağlı informasiyamız yoxdur” – Azərbaycan XİN
119454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.