Türkiyədən Azərbaycana gələn vətəndaşlarımızdan ŞİKAYƏT – “ Bizdən PCR və peyvənd pasportu tələb edirlər” 

Hazırda oxunan: Türkiyədən Azərbaycana gələn vətəndaşlarımızdan ŞİKAYƏT – “ Bizdən PCR və peyvənd pasportu tələb edirlər” 

119448

Türkiyə 4 gündür ki, zəlzələ dəhşətləri ilə üz-üzədir. Dağıntılar altında qalanların sayı ilə bağlı qorxunc rəqəmlər səslənir. Qardaş ölkədə baş verən faciədə azərbaycanlı soydaşlarımızdan da zərər görənlər var. Hazırki məlumata görə 201 nəfər vətəndaşımız dövlət xətti ilə Azərbaycana təxliyə olunub. 

Vəziyyətlə əlaqədar qardaş ölkədən Azərbaycana səfər edənlərin sayında artım müşahidə olunur.

Sosial şəbəkərlərdə yayılan məlumatlardan da görünür ki, zəlzələdən qorxu, həyəcan keçirən soydaşlarımız doğmalarının, ailələlərinin yanına qayıtmağa başlayıblar. Amma ölkəsinə səfər edən vətəndaşlarımızdan koronavirusa qarşı PCR testindən keçirilmələri və peyvənd pasportu tələb olunur. Halbuki Azərbaycan xarici ölkələrdən gələnlər üçün PCR tələbini xeyli müddətdir ki, götürüb. 

Məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar sözügedən tələbin əlavə xərc və vaxt itkisi olduğundan gileyləniblər. 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Nərmin Xəlilova Bizim.Media-ya açıqlamasında bildirilib ki, AZAL heç bir vətəndaşdan heç nə tələb etmir:

“Peyvənd pasportunu Dövlət Sərhəd Xidməti tələb edir”. 

Dövlət Sərhəd Xidməti ilə əlaqə yaratmaq mümkün olmayıb. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin