Xəbər verdiyimiz kimi, bloger Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir. Artıq bloger barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. R.Ç. iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Bəs, 2 maddə ilə ittiham olunan Səbinə Kətanovanı hansı məsuliyyət gözləyir?
Məsələ ilə bağlı tanınmış hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə görə günahkar şəxs 5-7 min manat cərimə, 2 ilədək islah işə cəlb edilə və yaxud 2 ilədək azadlıqdan məhrum edilə bilər:
“264-cü maddəyə görə də 2 ilədək həbs cəsazı verilə bilər. Amma burda qəsdən cinayət törətmə amili də var. Cavabdeh 2 maddə ilə birlikdə mühakimə olunanda cəzalar yuvarlaqlaşdırlır. 2, 2.6 və yaxud 3 ilədək həbs verilə bilər. Əgər barışıq olsa cəza yüngülləşdirilə bilər. Əks halda cavabdehin həbsi qaçılmazdır. Çünki, 2 maddə ilə ittiham olunur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:30 / 09.02.2023
Bloger Səbinə Kətanovanı 3 illik həbs cəzası gözləyir? - AÇIQLAMA
Hazırda oxunan: Bloger Səbinə Kətanovanı 3 illik həbs cəzası gözləyir? - AÇIQLAMA
Hazırda oxunan: Bloger Səbinə Kətanovanı 3 illik həbs cəzası gözləyir? - AÇIQLAMA
119418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.