Şimal bölgəsində bu gecə də şaxtalı, qarlı hava şəraiti hökm sürüb. Dağlıq ərazilərdə əsasən şaxta, aran zonalarında isə qar qeydə alınıb.
Bizim.Media-nın Quba regional hidrometerologiya müəssisəsindən əldə etdiyi məlumata görə, ən çox şaxta Qubanın Qrız kəndində qeydə alınıb - 13,8 dərəcə.
Verilən məlumata görə, ən çox qar 14,2 sm olmaqla Xınalıqda qeydə alınıb. Burada qarın hündürlüyü 16 sm təşkil edir.
Quba və Qusar şəhərlərinə 9-10 sm qar düşüb. Ən çox qar isə əvvəl yağan qarla birgə 14 sm olmaqla, Qubanın Xaltan kəndinə düşüb.
Bölgənin avtomobil yolları buz bağlayıb. Hazırda Şabran və Xaltanda güclü külək əsir. Fəsadların olub-olmaması hələ açıqlanmır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu