Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində 2 fevral “Gənclər günü”x9d münasibətilə konsert keçirilib.
Sonda gənc ifaçılar və rəqs qrupları Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən mədəni-kütləvi tədbirlərdə fəal iştiraklarına görə fəxri fərmanla təltif ediliblər.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Moderator.az -a verilən xəbərə görə, Konsertdə mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
Gənc ifaçılar Zaur Yusifli, Tünzalə Məmmədova, İlkin Tahirov, Günay Sadıqova, Pənah Məmmədov, Təranə Nuri, Kənan Məmmədov, Mirvüsal Mövsümzadə və Müşfiq Əliyev xalq və bəstəkar mahnıları ilə tamaşaçıların zövqünü oxşayıb.
“Turan”x9d milli rəqs qrupunun və “Şahinlər”x9d rəqs qrupunun çıxışı tədbiri daha da rövnəqləndirib.
Tanınmış müqənni Allahverdi Xəyal bayram proqramına qatılaraq öz çıxışı ilə gəncləri təbrik edib.
Sonda gənc ifaçılar və rəqs qrupları Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən mədəni-kütləvi tədbirlərdə fəal iştiraklarına görə fəxri fərmanla təltif ediliblər.































































































