Operativ Qərargah demoqrafik problem yaradır - “Deyirlər ki, toy olacaq?”

Hazırda oxunan: Operativ Qərargah demoqrafik problem yaradır - “Deyirlər ki, toy olacaq?”

11931

Ölkədə uzun müddət davam edən pandemiya ilə əlaqədar elan olunmuş karantin rejimi yavaş-yavaş yumşalmaya doğru gedir.

Bu yumşalmalar artıq bir çox sahəni əhatə edib və demək olar ki, bütün biznes sahələri, iaşə obyektləri xüsusi karantin rejiminin qaydalarına riayət edərək, öz fəaliyyətlərini davam etdirirlər.

Lakin hələ də karantinin qadağası altında olan sahələr şadlıq sarayları və idman zallarıdır. Bir müddət əvvəl 70-80 nəfərlik toy etməyə imkan yaradılacağı deyilsə də, təəssüf ki, bi xəbər təsdiqini tapa bilmədi. 

Bu cür qadağaların davam etməsi bəzi toy sahiblərinin qaydaları pozaraq toy etməsinə və cəzalanmasına səbəb olur.

Baxmayaraq ki, dünyanın bir çox ölkələrində toylara, yığıncaqlara hətta festivalların keçirilməyinə icazə verilib.

Toyların keçirilməməsi ortaya başqa bir problemi də çıxarır və gələcəkdə əhali artımına öz mənfi təsirini göstərə bilər. 1 ilə yaxın toyların keçirilməməsi istər-istəməz əhalinin demokrafik vəziyyətinə də təsir edir. 

Bəzi mütəxəssislər müəyyən qaydalara əməl edərək, 70-80 nəfərlik toyların keçirilməsi tərəfdarıdır. 

Məsələ ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə əlaqə saxladıq.

Professor Bizim.Media-ya açılamasında bildirib ki, bunun üçün yoluxmanın dinamikasının stabilləşməyini gözləmək lazımdır.
 

MÖVZU İLƏ BAĞLI:

Toylar apreldə başlayır? – Nazirlər Kabinetindən AÇIQLAMA 


“Mən düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Çünki bununla bağlı tam stabil dinamika əldə etikdən  sonra qərar vermək olar”.

A.Qeybulla həmçinin  Azərbaycan toylarının formatının dəyişilməsinin vacibliyini də vurğulayıb:

“Əslində bizdə toyların formatı tamamilə dəyişilməlidir. Artıq 500-600 nəfərlik yığıncaq etməyə son qoyulmalıdır. Ümumiyyətlə nə qədər ki, bu cür təhlükəli yoluxucu xəstəliklər var, yığıncaqlar xüsusi qaydalara riayət etməklə keçirilməlidir. Hətta tezliklə toylara icazə verilsə belə, bu karantin qaydalarına uyğun olmalıdır”.

Professor əhalinin demoqrafik vəziyyətinə görə, toyların tezliklə keçirilməsinə icazə veriləcəyi ehtimalından da danışıb.

“Hesab edirəm ki, demoqrafik vəziyyəti nəzərə alaraq, yaxın vaxtlarda toylara icazə verilə bilər. Lakin toylar bizim alışdığımız kimi yox, xüsusi formatda keçirilməlidir”, - deyə o, fikrini tamamlayıb. 

İşin rəsmi tərəfini öyrənmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etdik.

Qərərgahın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov toyların nə zaman keçiriləcəyi barədə hələ ki, rəsmi qərarın olmadığını bildirib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin