Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"

Hazırda oxunan: Səhiyyə Nazirliyi: "Azərbaycanda influenza virusu yayılıb"

119223

“Soyuq havalarda hava-damcı yolu ilə keçən virus infeksiyalarının yayılmasına münbit şərait yaranır. Nəzərə almaq lazımdır ki, insanlar soyuq havada qapalı məkanlara toplaşırlar. Bu da xəstələnmə hallarını artırmış olur. Çünki soyuq havada insan orqanizminin immuniteti aşağı düşür”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.

İnfeksionist bildirib ki, payız-qış mövsümündə qrip virusu aktivləşir: 

“Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də influenza virusu yayılıb. Digər viruslar da aktivdir. Qrip isə ağır fəsadlara səbəb olur. İlk günlərdə qoruyucu tədbirlərə ciddi əməl edilməlidir. Əks halda xəstəxanada müalicə almaq lazım olacaq.
Qripin müalicəsində istifadə olunan dərmanlara gəlincə, bunun üçün ilk növbədə diaqnoz təsdiqlənməlidir. Əksər hallarda ilk 2 sutka ərzində istifadə olunan antibakterial dərmanlar təsirli ola bilər. Əhali hərarətin yüksəlməsi zamanı daha çox antibiotiklərin istifadəsinə önəm verir. Bu, yanlışdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin