Ağdamlılar qardaş ölkədəki fəlakət zonasına yardım toplamaq üçün səfərbər olub. Səhər saatlarından başlayaraq rayonun Quzanlı qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində yardım toplanmağa başlayıb.
Toplanan ləvazimatlar YAP rayon təşkilatının könüllü gəncləri və ağdamlı idmançı gənclər tərəfindən çeşidlənərək qablaşdırılır.
Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov Bizim.Media-nın yerli bürosuna bildirib ki, gətirilən məhsullar əsasən dərman preparatları, isti geyim və yataq dəstləri, həmçinin quru ərzaq növləridir.
Əlavə olaraq onu da qeyd edim ki, gətirilən məhsullar istifadəyə tam yararlıdır.
Qeyd edək ki, aksiyanın uzun müddət davam edəcək.
Tərtər rayonunda da Türkiyəyə yardım aksiyası davam edir. Bu gün səhər saatlarından başlayan aksiyada aktivlik müşahidə olunur.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, toplanan yardım isti geyim və ərzaqdan ibarətdir. Yardımlar Türkiyə səfirliyinin Gəncə konsulluğu xətti ilə qardaş ölkəyə göndəriləcək.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 08.02.2023
Ağdam və Tərtərdə də Türkiyəyə yardım kampaniyası başladı - FOTO
Hazırda oxunan: Ağdam və Tərtərdə də Türkiyəyə yardım kampaniyası başladı - FOTO
Hazırda oxunan: Ağdam və Tərtərdə də Türkiyəyə yardım kampaniyası başladı - FOTO
119179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.