44 azərbaycanlı həkim Türkiyəyə yola düşmək üçün SƏFİRLİKDƏN xəbər gözləyir  - AÇIQLAMA

Hazırda oxunan: 44 azərbaycanlı həkim Türkiyəyə yola düşmək üçün SƏFİRLİKDƏN xəbər gözləyir  - AÇIQLAMA

119170

Türkiyəyə yola düşmək üçün səfərbər olan "Könüllü Həkimlər Assosiasiyasının üzvləri qardaş ölkənin Azərbaycandakı səfirliyindən xəbər gözləyirlər.

Bu barədə Bizim.Media-ya Assosiasiyasının rəhbəri Oktay Mehtiyev məlumat verib.

Həkimin sözlərinə görə Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanlarına yardım əlini uzatmaq üçün tam hazırdırlar:

“Səfirliyə ilk gündən müraciət etmişik. Hələki xəbər yoxdur. Onlar da Türkiyədəki Təşkilat Komitəsindən məlumat gözləyirlər. Çox güman ki, şəraitlə bağlı problemlər var. Çünki məlumat verdilər ki, çətinliklər keçilməz yollarla əlaqədardır. Biz yenə də hazırıq.
Ehtiyac varsa, bizi dəvət edəcəklər. Təşkilatımızda 500-dən çox həkim var və hamısı da getməyə hazırdır. Sadəcə olaraq 44 - Zəfərimizi simvolizə edən rəqəm olduğu üçün 44 nəfərdən ibarət heyət ilk gündən hazır durmuşuq”. 

Oqtay Mehtiyev qeyd edib ki, Türkiyəyə gedə bilməsələr də, zəlzələdən zərər çəkənlərə ianə yardımlarını əsirgəmirlər:

“Burada durmuşuq, heç nə edə bilmirik. Təbii ki, orada olsaydıq, əlimizdən gələn qədər yardımlar edəcəkdik. Hətta özümüzlə dərman preparatları və tibbi ləvazimatları götürmüşdük ki, əlimizin altında olsun.
Könüllü həkimlərin dəstəyi ilə ianə toplamışıq. Təcili təxirəsalınmaz tibbi yardım üçün müəyyən qədər dərman preparatlarımız, isti paltar, geyim əşyaları, ədyallar, ərzaqdan ibarət yardımları da göndərəcəyik, ən azından  hansısa xeyrimiz toxunsun”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin