Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardım toplanır – SİYAHI

Hazırda oxunan: Bakıda daha bir neçə ünvanda Türkiyə üçün yardım toplanır – SİYAHI

119168

Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanmaq üçün Bakıda daha bir neçə ünvan ayrılıb.

Bizim.Media xəbər verir ki, bu bardə ASAN Xidmət məlumat yayıb.

Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2038 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 - Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.

Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Görkem Yelgin - 050 285 01 01

Muhemmed Emin Kalan - 050 736 71 00

Ferhat Çeğil - 055 604 36 96

Ramil Hümbətov - 050 567 75 77

Xatırladaq ki, Bakıda Əl Oyunları Sarayında da yardımlar toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Zəlzələ baş verən 10 əyalətdə 3 aylıq fövqəladə vəziyyət elan olunub. Faciə nəticəsində 6234 nəfər həlak olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin