Dünəndən başlayaraq ki, etiraz aksiyası keçirilən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində qar yağır.
Buna baxmayaraq azərbaycanlı könüllü gənclər və ekoloqlar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirlər.
Onların mühafizəsi isə DİN-in Daxili Qoşunlarının hərbçiləri tərəfindən qorunur.
Bizim.Media xəbər verir ki, Telegram kanallarında yayılan görüntülərdə komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir.
Bu kadrlar sosial şəbəkələrdə müsbət qarşılanıb.
Xatırladaq ki, Laçın-Xankəndi yolunda baş tutan aksiya 59 gündür davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:53 / 08.02.2023
Şuşa yolunda komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir – VİDEO
Hazırda oxunan: Şuşa yolunda komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir – VİDEO
Hazırda oxunan: Şuşa yolunda komandir keşik çəkən əsgərlərinin qarını təmizləyir – VİDEO
119166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.