"İlk gündən şagirdlərin sevgisini qazandığımı tam əminliklə söyləyə bilərəm"

Hazırda oxunan: "İlk gündən şagirdlərin sevgisini qazandığımı tam əminliklə söyləyə bilərəm"

119129
Bəzi gənclərimiz müəllim kimi peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Ucqar kənd məktəblərində dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Müsahibimiz olan Günel Əliyeva 1991-ci ildə Şuşada anadan olub. Sumqayıt Dövlət Universitetinin “Filologiya”x9d fakültəsini bitirib. Hal-hazırda isə Ağsu rayonun Gürcüvan kəndində yerləşən Laçın rayonu E.Əliyev adına Fərəcan xa0kənd tam orta məktəbinin Azərbaycan dili və Ədəbiyyatı üzrə müəlliməlik vəzifəsini yerinə yetirir. Moderator.az -ın əməkdaşı ucqar kənd müəlliməsi ilə həmsöhbət olub.

-Gənc müəllimlər ucqar kənd məktəblərində işləməyə həvəsli deyillər,sizin burda işləməyinizə səbəb nədir?

-Fərqli bir yerdə, təbiətin bütün fəsillərinin əsrarəngiz, füsunkar mənzərələrlə müşahidə olunduğu kənd mühitində yaşamaq istəyi.Və ən əsası isə müəllimə ehtiyac duyulan yerdə şagirdlərə elmi, biliyi sevdirmək düşüncəsi.

- Kənd məktəblərini şəhər məktəblərindən fərqləndirən başlıca amil nədir? İstər dərs prosesində, istərsə də şərait baxımından.

-Şərait baxımından fərqli məqamlar çoxdur təbii ki. Məsələn, kənd məktəbləri təmirli, gözoxşayan , elektron lövhələrlə, İKT ilə təmin olunmuş şəhər məktəblərindən xeyli fərqlənir, lakin öyrənmək , öyrətmək eşqi, həvəsi ən ucqar nöqtədə belə boğula, məhvə məhkum ola bilməz. Odur ki, tədris prosesində şəhər və kənd məktəblərini fərqləndirən amil şəhər məktəblərində daha rahat şəraitdə elm öyrədilir, kənd məktəblərində isə bütün çətinliklərə rəğmən şagirdlərdə kitab oxumağa, dərsə maraq oyadılır. Əgər müəllim xalqının, millətinin gələcəyini, elmsiz cəmiyyətin uçuruma sürüklənmə ehtimalını düşünərsə o bütün əziyyətləri dəf edər və öyrətmə missiyasını ləyaqətlə, vicdanla yerinə yetirər.

-İlk dərs gününüz necə olub?xa0

-İlk dərs günündən şagirdlərin rəğbətini, sevgisini qazandığımı tam əminliklə söyləyə bilərəm.Buna görə də ilk dərs günümün yaddaqalan olduğunu qeyd etmək istərdim.


- Gənc müəllim kimi sizə kənddə münasibət necədir?

-Təhsilsiz insanın gələcəyi cəhalətə,avamlığa doğru aparar fikrində olan insanlar mənə xüsusi rəğbət, hörmət bəsləyirlər.Və onların övladlarına ədəbiyyatı, doğma dilimizi,xülasə, oxumağın faydasını öyrədən insana ehtiyac duyurlar.

-Dərsdən əlavə hansı işlə məşğul olursunuz?

-Xaraktercə uğur qazanmağa, məqsədə, hədəfə çatmağa meyilli insan olduğum üçün arzularım bitib, tükənmir və nəhayətsiz arzularım məni ucqar kənddə yaşasam belə irəliyə doğru istiqamətləndirir, yönəldir. Qısa müddətdir ki,saytım fəaliyyətə başlayıb.Saytın baş redaktoru və təsisçsi kimi saytda istedadlı insanların cəmiyyətə tanıdılmasını,düşündürücü məqalələrin, yazıların işıqlandırılması missiyasını hədəfimə çevirmişəm. Yaxın zamanlarda şeirlərimdən ibarət kitabım nəşr olunacaq.Dərsdən əlavə yaradıcılıqdır əsas işim,lakin boş vaxtlarımda deyil,ürəyimin "yaz"dediyi zamanda yazıram.Mütaliə edir, xarici dillər öyrənirəm.Qadının gözəlliyi onun savadında, intellektual səviyyəsində, düşüncə tərzindədir fikrimcə.Və elə buna görə də daima öyrənir və öyrədirəm .

-Aylıq gəlirinizlə ehtiyacınızı ödəyə bilirsiniz?

-Aylıq gəlirimlə ehtiyacımı müəyyən qədər ödəyə bilirəm.Rayon , kənd məktəblərində işləyən müəllimlərə həvəsləndirmə tədbirləri aid edilməsi təqdirəlayiq haldır.Lakin, təəssüf ki, evlə bağlı problemlər ortaya çıxır.Mənə elə gəlir ki,gənc yaşda cəmiyyətin, millətin gələcəyi olan şagirdlərə elm öyrətmək naminə rahat həyat tərzini, rahat şəraiti ucqar kənd həyatına dəyişən gənc müəllimlərin evlə bağlı yaranan problemlərini həll etmək üçün hər hansı güzəştlər tətbiq edilməlidir.Həvəsləndirmə tədbirləri kəndlərdə müəllim çatışmazlığını aradan qaldıra bilər.Təhsilsiz qızlarımızı düşünürəm, bir də onların cəmiyyətə bəxş edəcəyi övladları.Təhsilsiz oğlanları düşünürəm, bir də onların polis, hüquqşünas, həkim və digər sənət sahibləri ola bilərdilər ehtimalını. Elm həyatdır, elm işıqdır, ömrümüzü aydınladan çıraqdır. Gəlin, əlimizdən gələni əsirgəməyək, elmi sevək, sevdirək , bax o zaman vicdanımızla savadımızın vəhdətinin nəticəsi vətənimizi, gəncliyimizi, gələcəyimizi xoşbəxtliyə sövq edər.

-Kənd orta məktəbindəki şərait sizi qane edirmi?

- Əlbəttə, qane edir deyə bilmərəm.Fikrimcə, bütün problemlər öz həllini tapar.Əgər vətənimizin övladları kitaba olan sevgilərini artırsalar.




Elşən Yəhyayev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin