İlkin Muradov: "Düşmən vertolyotunu ad verilməsi üçün vurmamışam"

Hazırda oxunan: İlkin Muradov: "Düşmən vertolyotunu ad verilməsi üçün vurmamışam"

119126
Dünən blogerxa0Tofiq Şahmuradov Moderator.az -a olduqca maraqlı bir yazı göndərərək Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev ilə Müdafiə naziri Zakir Həsənovun əsgərə münasibətini müqayisə etmişdi. Bloger Zakir Həsənova belə bir sualla müraciət etmişdi ki, Rəsul Cunayevə göstərilən münasibət niyə İlkin Muradov üçün keçərli deyil?

Həmin yazını buradan oxuya bilərsiniz:

O, fikrini belə izah etmişdi ki, İlkin Muradova əsgər olaraq ən azı Rəsul Cunayevə verildiyi kimi leytenant rütbəsi vermək olardı və yaxud bu qeyrətli vətən oğlunu Ali Hərbi məktəbə zabit olması üçün göndərmək olardı.

Qeyd edək ki, Rəsul Cunayev ordumuzda xidmətdə olarkən yunan-roma güləşi üzrə beynalxalq turnirdə erməni idmançısının belini yerə vurmuş, bayrağımızı qaldırmış, himnimizi səsləndirmişdir.
Rəsul Cunayevə bu qələbəsinə görə DSX komandanı Elçin Quliyev tərəfindən leytenant rütbəsi verilmiş, əlavə qiymətli mükafatlarla qiymətləndirilmişdir.xa0
İlkin Muradov isə cəbhənin Ağdam istiqamətində 2014-cü ilin noyabrında ermənilərin hərbi helikopterini vuraraq yerə salmış, bununla bərabər 3 erməni zabitini məhv etmiş, erməniləri matəmə qərq etmişdir, ordumuzun və xalqın döyüş ruhunu yüksəltmiş, beynimizdəki məğlub psixologiyasına son qoymuşdur.

Saytımızda yayımlanan yazı oxucular tərəfindən də maraqla qarşılanıb. Bunu elektron poçtumuza gələn oxucu şərhlərinə əsasən söyləyə bilərik.xa0

Ancaq bu gün barəsində söhbət açılan İlkin Muradov saytın poçtuna aşağıdakı məzmunda məktub göndərib:

"Bu gün tanışlarım mənə xəbər elədilər ki, yenə mənim adımı və fotomu saytlarda yerləşdiriblər. Həmçinin sizin saytda oxudum və təəccübləndim. Mən hansısa bloqeri-filanı özümə vəkil eləməmişəm ki, mənim adımdan danışsın. Xahiş edirəm, mənim adımı bu kimi məsələlərdə hallandırmayın. Xəbərim olmadan mənim barəmdə yazı yazmaq, fotomu yerləşdirmək ixtiyarını da heç kimə verməmişəm. Mənə kifayət qədər diqqət ayrılıb. Və bir də ki, mən düşmən vertolyotunu hansısa ad-filan verilməsi üçün yox, xidməti vəzifə borcumu yerinə yetirərək vurmuşam. Xahiş edirəm bunu da mənim adımdan saytınıza yerləşdirəsiniz. Qoy hamı bilsin!"

Dəyərli oxucular, qəhrəman çavuşumuzun fikirlərini olduğu kimi, eyni zamanda şərhsiz sizlərə təqdim etdik. Onun bu fikirləri öz iradəsi ilə yazıb-yazmadığı barədə mühakimə yürütməyi də sizin ixtiyarınıza buraxırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin