Həə”¦Yenə yazmaq istədim, Əziz oxucu!
İstədim deyəndə ki, vadar oldum. Ədəbiyyatımızdakı yaralı SÖZün ah-naləsi vadar elədi məni”¦ Nə isə”¦ Bilirəm, vaxtın azdır, keçirəm mətləbə. Bu dəfəki söhbətim yeni çap olunan kitablar haqqındadır. Bu gün ədəbi mühitdə silsilə kitablar çap olunur. “Çox gözəl”x9d deyirəm. Çünki bineyi-qədimdən gözəl də eybsiz olmayıb.
Bilirsən, problem kitabların çap olunmasında yox, artıq çap olunmuş bəzi kitablardadı. Daha doğrusu, bu tip “kitabların”x9d çapına “yol”x9d açıb ədəbi sferaya təqdim edən ədəbiyyat nümayəndələrində.
Belə ki, necə deyərlər, səni inandırım ki, bir bu qədər çap olunmuş kitabların səksən faizinə əgər od vursaq, içindən bir misra belə olsun, səslənib “xilas edin, ölürəm”x9d deməyəcək. Həə”¦ “Ölürəm”x9d demişkən, deməli, kitab ölü doğulub. Ancaq maraqlı tərəfi burasındadır ki, hər vərəqi sanki bir qəbirə bənzəyən “şeir kitabları”x9d, gəl görək, kimlərin adları ilə özünə "yaşamaq hüququ" qazandırır.
Şeirdən başqa bütün məsələlər öz həllini tapır və kitab çap olunur....İlk vərəqi açırsan ki, SÖZün bu günə kimi güvəndiyi, ƏDƏBİYYATın bu günə kimi söykəndiyi ziyalılardan birinin adı REDAKTOR, birinin adı “ÖN SÖZ”x9dün müəllifi kimi qeyd olunub. İnan ki, bəlkə, heç redaktorun xəbəri olmayıb kitabın içindəkilərdən.( Bircə dəfə oxuyub "xeyir-dua" vermək elə xəbəri olmamaq deməkdi.)
“Ön söz”x9də gəldikdə isə, baxırsan ki, elə bil, “Ön söz”x9dün müəllifi, “Ön söz”x9d yazmayıb, sanki yad ölüsünü qarşısına qoyub, bir doğma kəsini xatırlaya- xatırlaya ürəkdən ağlayır. Çünki yazını oxuduqca görürsən ki, yazının kitabın içindəkilərlə heç bir bağlılığı yoxdur.Ya başdan ayağa tərif, ya da ki, ümumi mətləbə aid olmayan ədəbiyyatyönümlü fikirlər.
Təbii ki, belə də olmalıdı.Ölünün içində nə can axtarmaq olar ki...
Ancaq SÖZdə özünü doğrultmuş ziyalıların bu kimi "təqdim etmələri" yalnız SÖZə xəyanətdi.
Bu haqsızlıq deyilmi.Bəli, ƏDƏBİYYATa, SÖZə qarşı haqsızlıq !
Beləcə, əziz oxucu !
Bax, burda fikrimi tamamlamaq istəyirəm”¦
Demək, yenə özümü inandıra bildim ki, problem sapı (s)özümüzdən olan baltalardadır. Necə deyərlər, “od olmasa, tüstü çıxmaz”x9d!
Emil RASİMOÄžLU




































































































