Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
Bizim.Media xəbər verir ki, FHN məlumat yayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində 3432 nəfər ölüb, 21 103 nəfər yaralanıb.
Bizim.Media