“Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə ANAMA-nın instusional inkişafına imza atılıb. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir”.
Bizim.Media xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda yeni minatəmizləmə komandasının yaradılması nəzərdə tutulur:
“Bu komanda qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərəcək. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub.
Bundan başqa, Azərbaycana əlavə olaraq minaaxtaran itlər və siçovullar gətiriləcək və minatəmizləmə əməliyyatına qatılacaq. Eyni zamanda, informasiya sisteminin təkmilləşdirilməsi də layihə çərçivəsində həyata keçiriləcək. Layihənin müddəti 18 ay nəzərdə tutulub, amma ümid edirik ki, layihə davamlı olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:33 / 07.02.2023
Azərbaycana minaaxtaran itlər və siçovullar GƏTİRİLƏCƏK
Hazırda oxunan: Azərbaycana minaaxtaran itlər və siçovullar GƏTİRİLƏCƏK
Hazırda oxunan: Azərbaycana minaaxtaran itlər və siçovullar GƏTİRİLƏCƏK
118999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.